Ana səhifәyә qayıt    Adların əlifba siyahısı    Təşkilatların əlifba siyahısı    İxtisarların siyahısı       Əlaqə   
   
     ad ilə     soyad ilə     Təşkilatın adı ilə
Geri qayıtmaq                 
   
      Bölmәlәr

      Rəsmi səhifələr

    

Hörmətli xanımlar və cənablar! Biz Sizə yeni bir layihə - Azərbaycanda Kim Kimdir elektron məlumat kitabçasını təqdim edirik. Bizim ölkədə uzun müddətdir ki, belə bir layihəyə ehtiyac olmaqda idi. Bu, dünya birliyinə inamlı inteqrasiya və sahibkarlığın sürətli inkişafı ilə bağlı idi. Bu gün bizim, İnternet istifadəçilərinə ictimai və kommersiya təşkilatları, hökumət üzvləri, elm və incəsənət xadimləri və ölkəmizdə fəaliyyət göstərən sahibkarlar haqqında informasiya təqdim etmək imkanımız vardır.
Bu informasiyaya biografik məlumat, şəxslər və şirkətlər haqqında məlumatlar, onlar ilə əlaqə qurmaq üçün ünvanları və telefon nömrələri daxildir.

Qeyd etmək lazımdır ki, layihənin təşkilatçıları kimi biz, bu saytda yerləşdirilmək üçün şəxslər və təşkilatlar tərəfindən verilən informasiyanın məzmununa görə məsuliyyət daşımırıq. Eyni zamanda, saytın mətn informasiyası baxımından keyfiyyətini yüksəltmək üçün, bizim bu məlumatları yoxlamaq və redaktə etmək haqqımız vardır.

Bu layihənin unikallığı, hər şeydən başqa, ondadır ki, onun çox dildə olması, bu saytın istifadəçilərinin sayını artırır. Hazırda, sayt, azərbaycan, rus, ingilis, alman və fransız dillərindədir. Bundan başqa biz bir neçə dili də əlavə etməyi gözdən keçiririk.

Sayt, idarə edilməsini və istifadəsini asanlaşdıran, məsələn, məlumat bazasında olan informasiyanın əldə olunmasını asanlaşdıran və tezləşdirən axtarış sistemi kimi müvafiq proqram təminatı ilə təchiz edilmişdir.

Layihə üzərində iş hələ başa çatdırılmamışdır bölmələr, yeni məlumatlar daxil olduqca tamamlanır. Biz ümid edirik ki, bu saytda, dövlətimizin inkişafında daim öz töhfəsini verən və Azərbaycanı dünya ictimaiyyəti qarşısında təmsil edən bütün şəxslər və təşkilatlar haqqında informasiya toplaya biləcəyik.

Layihə Azərbaycanın dövlət orqanlarının dəstəyi sayəsində yerinə yetirilir.
Sizin reklamınız      

Son әlavәlәr      




    2003-2007 Kim kimdir
Sayt " Vision " tәrәfindәn yaradılmışdır